Tanınmış xanəndə Ayşən Mehtiyeva toy və fərdi məclislərdə iştirak etməməsinin arxasında duran səbəbləri açıqlayıb.
Hafta.az xəbər verir ki, müğənni maddi baxımdan həyat yoldaşının onu tam dəstəklədiyini bildirib.
Muğam ifaçısı seçimini şəxsi qərarı kimi dəyərləndirib:
"Hara getsəm, özüm qərar verirəm. Narahatlıq yaradan yer olarsa, ora getmirəm. Bu, həyat yoldaşımın qoyduğu qadağa deyil, mənim öz seçimimdir. O, sənət işimə qarışmır. Hara qədər gedə biləcəyimi, sərhədlərimi yaxşı bilir".
O, yalnız müəyyən rəsmi və sənət yönümlü tədbirlərdə iştirak etdiyini qeyd edib:
"Dövlət televiziyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Mahnı Teatrı kimi məkanlara gedirəm. Vaxtım da başqa məclislərə yetmir. Maddi baxımdan isə həyat yoldaşım mənə dəstək olur".
Müğənninin bu açıqlaması və həyat yoldaşı ilə fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.
